A.Vebern 1883-cü ildə Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Yeni Vyana Məktəbinin nümayəndəsi olan A.Vebern müəllimi A.Şönberq tərəfindən musiqi gündəminə gətirilən dodekafoniya texnologiyasını inkişaf etdirib, seria halına gətirmiş və bu yöntəmlə özünün şah əsərlərini yaratmışdır. O, yaradıcılığının erkən dövründə instrumental janrlara, orta dövründə yalnız vokal janrlara, (kantatalar: “Kainat susur”, “Həyatın şövqü”, xorlar.) son dövründə isə müxtəlif janrlara müraciət etmişdir. Vebern həm də musiqidə puantelizm tərzini meydana gətirmişdir ki, bu istiqamətdə ondan sonra gələn bir çox bəstəkarlar bundan yararlanmışlar. Yaradıcılığının erkən dövründəki instrumental əsərlərdə artıq bəstəkarın müstəqil üslubunun bütün əsas cəhətləri formalaşmışdır. Onun yeganə Orkestr üçün passakaliyası homofon-harmonik üslubda yazılmışdır. A.Vebern bu əsəri Anasının xatirəsinə həsr etmişdir. O, yaradıcılığının son dövründə Simli trio, Kamera Orkestri üçün simfoniya op.21, 9 alət üçün konsert, fortepiano üçün variasiyalar op.27, II Kantata op.31 və digər məşhur əsərlərini yazmışdır.
A.Vebern 1883
By amacAdmin|2019-12-26T15:59:00+04:00Noyabr 3rd, 2019|music legends, online courses|A.Vebern 1883 üçün şərhlər bağlıdır