AMAC tarixi

Biz – Aydın K.Azim adına AMAC incəsənət mərkəzi, yenicə fəaliyyətə başlamışıq. Özümüzü Sizə tanıtmağı borc bilirik.
Mərkəzimiz Azərbaycanın görkəmli bəstəkarı, əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri, professor Aydın K.Azimin adını daşıyır.
Mərkəzimizdə siz professional müəllimlərin köməyilə incəsənətin bir çox növlərinə yiyələnə bilərsiniz: fortepiano, violin, viola, violoncell, gitara (klassik, elektra), saz, bağlama, balaban, ney, tütək, milli zərb alətləri, vokal (milli vokal), xanəndəlik, tar, kamança, tambur, klarnet, drum, bəstəkarlıq, nəzəriyyə, rəqs, rəssamlıq.
Amacımız tədris sürəcini mümkün qədər maraqlı etməkdir. Bunun üçün biz məcburi tədris proqramından fərqli olaraq, janr və dərs seçimində tələbələrimizə sərbəstlik verir, hər bir öyrənciyə individual yanaşırıq. Eyni zamanda, çoxlu sayda imtahanları hər biriniz üçün bir bayrama çevriləcək konsertlər, sərgilərlə əvəz etmək qərarı vermişik.
Mərkəzimiz yaşından asılı olmayaraq hər kəsi qəbul etməyə hazırdır. Belə ki, arzularınızı AMAC-la gerçəkləşdirin