Mükafatlar və rəylər

Azərbaycan televiziyasına 2017
2017-ci ildə Azərbaycan televiziyasında “Bu Axşam” verlişində Gənc Bəstəkar kimi Sara A. Dilruba çıxışı olmuşdur.

R.Behbudov adına Azərbaycan Dövlət Musiqi Teatrı 2011
2011-ci ildə R.Behbudov adına Azərbaycan Dövlət Musiqili Teatrında Sara A. Dilruba pianoçu kimi çıxış etmişdir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 2016-2019
2016-2019-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının tələbələrinin əsərlərindən ibarət konsertlərdə Bəstəkar və Pianoçu olaraq Sara A. Dilruba uğurla çıxış etmişdir.

Nəsimi Festivalı 2019
2019-ci ildə Baki Musiqi Akademiyasının, Nəsimi Festivalına Bəstəkar Sara A. Dilruba bəstələdiyi “Allahü Əkbər Ey Sənəm Hüsnündə Heyran Olmuşam” Adlı əsəri uğurla səslənmiş və fəxri fərmana laiq görülmüşdür , Həmçinin festivalda iştirak edən bütün bəstəkarlara aid Nəsimi Kitabında əsəri dərc olunmuşdur.

II və IV Booktrailer Festival Baku
2017-2019-cu illərdə Bəstəkar Sara A. Dilruba, Buktreyller Festivalları üçün qatıldığı buktreyllərin bəstəkarıdır.

Azərbaycan Televiziya və Radio Verilişləri 2005
2003-2005-ci illərdə Azərbaycan Televiziyasında Sara A. Dilruba, Azərbaycan Respublikasının xalq artisti Ofeliya Sənani ilə birgə “Cırtdan” Verlişində aparıcı kimi fəaliyyət göstərmişdir