RƏQS DƏRSLƏRİ

Dünyanın bir çox inkişafda olan ölkələrində olduğu kimi, Azərbaycanda da sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs tamaşaçıların çəpik çalmaları ilə əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Beləliklə, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb. Rəqs sənəti xalqın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar olaraq yeni məzmun və istifadə vasitələri əldə edir.
Aydın K.Əzim İncəsənət Mərkəzi-AMAC tərəfindən, rəqsin bütün incəliklərini sizə aşılayıb tez bir zamanda öyrədəcəyik.

Rəqs şöbəsi:

  • Milli rəqslər

  • Müasir rəqs

  • Klassik rəqs

  • Ritmika

  • Estrada rəqsi

  • Gimnastika və akrobatika

  • Köməkçi korreksia təlimləri

  • Shou rəqləri

  • Hip-hop