Gitar bütün dünyada yayğın, çox çalınan və sevilən çalğılardan biridir. Yaranma tarixi dəqiq bəlli olmasa da, adını deşifrə edərək, bir çox qənaətə gəlmək mümkündür. Belə ki, gitar kəlməsinin tərkibində olan “tar” sözcüyü “sim” (“pərdə”) deməkdir, türk sözü “tarım”dan əmələ gəlmişdir. Şərqdə bir çox alətlərin adlarında bu sözcüyə rast gəlmək olar. Məsələn, dütar (dü – iki, tar – sim, yəni iki simli), setar (üç simli), cahartar (dördsimli). Hələ eramızdan əvvəl qədim şumerlər tərəfindən istifadə olunan “ekisi” (ikitelli çalğı) setar, dütar kimi çalğıların əcdadı sayılır. Qədim Yunanıstana yayılmış bu çalğı onlar tərəfindən “kithara” adlandırılmış, bir qədər dəyişikliyə uğramışdır. Sonralar Avropa`ya, xüsusən İspaniya`ya alət gitar adıyla yayılmışdır.
Müasir gitar`ın gövdəsi heyvan bağırsağı ilə qarışdırılar ağacdan hazırlanır, üzərində 6 (rus, qaraçı 7) neylon və ya metal sim yerləşir. Çalğı mizrabla və ya barmaqlarla (dırnaqlarla) çalınır. Çalğı müxtəlif tərz musiqinin (jazz, blues, rock, pop, country, flamenco və s.) ifasında istifadə olunan mühüm alətlərdən hesab olunur. Gitar özəlliklə İspaniya`da məşhurdur, cante jondo ifasında istifadə olunur.
Məşhur gitar ifaçıları: Paco de Lucia, Eric Clapton, Jimi Hendrix, George Harrison, Robert Johnson və s.
Leyla Əhməd Xan
18 dekabr 2019