Kamança Azərbaycanda, İranda, Türkiyədə yayılmış bir yaylı çalğıdır. İsmini fars kökənli, türkcəyə tərcümədə “yay” mənası verən “kaman” sözündən götürmüşdür.
Kamançanın çeşidləri vardır. Günümüzdə ifa olunan alət dörd simdən ibarətdir. Azərbaycan kamançasının digər çeşidlərdən (kaman, kemene, kemane və s.) fərqi onun çanağının üstünün dəridən olmasıdır (tar və qavalda olduğu kimi). Bəlkə də buna görədir ki, kamança, tar və qaval ansambl təşkil edər və xanəndələr bu üç çalğının müşayəti ilə muğam ifa edərlər.
Kamançanın tarixi çox uludur. Bu çalğı müxtəlif qədim kitablarda, böyük alimlərin (Ə.Marağai, İ.Münşi və digərləri ) tədqiqatlarında yer tutmuşdur.
Azərbaycanda kamançanın mahir ustaları vardır: Tələt Bakıxanov, Ədalət Vəzirov, Habil Əliyev və digərləri.
Leyla Əhməd Xan
29 oktyabr 2019
