L.V.Bethoven 1770-ci ildə Almaniyanın Bonn şəhərində anadan olmuşdur. Musiqi tarixinə simfonizm deyilən dramaturji prinsipi gətirmiş və ondan sonra gələn bəstəkarlar üçün yeni bir yol açmışdır. Onun 3. Simfoniyasında bu prinsip öz əksini tapmışdır. L.V.Bethovenin yaradıcılığında xüsusilə seçilən digər simfoniyaları isə no. 5. və no. 9. simfoniyalarıdır. O, no. 9. simfoniyasının finalında xordan istifadə etmişdir. Bu yenilikçi bir addım idi. Həmin xor F.Şillerin “Sevincə doğru” odasının sözlərinə yazılmışdır.
L.V.Bethoven özü gözəl pianoçu idi və o öz konsepsiyasını fortepiano musiqisinə də tətbiq etmişdir. O, fortepiano yaradıcılığında daha çox çılğın, dramatik obrazlar canlandırmışdır. Onun 32 fortepiano sonatası dünya pianoçularının repertuarlarına daxildir. Bunlardan ən məşhurları: no. 1, no. 5, no. 8 “Patetik”, no. 14 “Ay işığı sonatası”, no. 17, no. 21 “Avrora”, no. 23 “Appassionata” sonatalarıdır.