Project Description

Ayan Tohidi

Field of teaching age range available times
Vocal ——- ——–

Aydın K.Əzim İncəsənət Mərkəzində Vokal sinfinin müəlliməsi, Ayan Tohidi – 1996-cı ildə Baki şəhərində anadan olub. 2009-cu ildə Kövkəb Səfərəliyeva adına 16 saylı Musiqi məktəbinin fortepiano sinfini əla qiymətlərlə bitirmişdir. 2013-cü ildə Üzeyir Hacıbəyli adına Baki Musiqi Akademiyasının vokal kafedrasının solo oxuma ixtisası üzrə Xalq artisti, professor Xuraman Qasımovanın sinfinə daxil olmuş və 2017 ci ildə bitirib, elə həmin ildə Azərbaycan Milli Konservatoriyasının magistr pilləsinin milli vokal fakultəsinə daxil olmuşdur və 2019-cu ildə Əməkdar artist Zenfira Ismayılovanın sinfində fərqlənmə diplomu ilə bitirmişdir.

Azərbaycanda yerləşən bütün konsert salonlarında çıxış etmişdir. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında simfonik orkestrla cıxışlar edib və Azərbaycan da yerləşən Türkiyə Respublikasının səfirliyində kamerni orkestr ilə Azərbaycanın xalq artisti, Drijor Fəxrəddin Kərimovla dəfələrlə cıxışları olub. Respublika müsabiqələr qalibidir.