Project Description

Field of teaching age range available times
Nəfəs və zərb çalğıları ——- ——–

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət və M.Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyalarını “klarnet, ney” ixtisasları üzrə bitirməklə, ölkəmizin ilk ali təhsilli milli nəfəs aləti ifaçısıdır. Milli musiqi tariximizdə ney ifaçısı kimi bir çox ilklərə (Dövlət teleradio fonotekasında “Qızıl Fond” üçün 40-dan çox muğam, mahnı və rəqslər, kinofilm, simfonik, etnocaz və avanqard janrlara aid musiqi ifaları) imza atmış və bu günə qədər xarici ölkələr üzrə əhəmiyyət kəsb edən səfərlərdə mədəniyyətimizi tərənnüm edir.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşaiyətilə üç dəfə (24.04.2014; 26.01.2016; 21.11.2017-ci il tarixlər) solo konsert proqramları ilə çıxışları olmuşdur.Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında “Koroğlu”, “Qız Qalası”, “Vaqif”, “Gəlin Qayası” və “İntizar” operalаrının tamaşası üçün simfonik orkestr ilə solo zurna, balaban, tütək alətləri ifa etməklə mövzunun illüstrasiyalarına uğurla nail olmuşdur. Milli musiqi tariximizdə ney aləti ifaçısı kimi ilk dəfə olaraq, Dövlət Teleradio fonotekasında “Qızıl fond” üçün lentə alınan 40-dan çox muğam, mahnı və rəqsləri saxlanılır. A.Məlikov, S.Ələsgərov, A.Əlizadə, E.Sabitoğlu, R.Babayev, R.Mirişli, S.Kərimi, F.Əlizadə, C.Quliyev, C.Əmirov, E.Mansurov və başqa Azərbaycan bəstəkarlarının filmlərinə yazılmış musiqilər məxsusi olaraq оnun ifa etdiyi ney aləti üçün nəzərdə tutulmuşdur. A.Əlizadənin “5-ci Simfoniya”sının səsləndirilməsi üçün nəzərdə tutulan balaban, ney, zurna ifaçısı kimi və eləcə də, F.Əlizadənin dünya şöhrətli violençel ifaçısı Yo-Yo Ma üçün bəstələdiyi “Dərviş” əsərinin tütək, ney ifaçısı olaraq “İpək yolu” transkontinental layihəsi üzrə Amerikanın, Avropanın, həmçinin dünyanın bütün qitələrinin ən nüfuzlu konsert salonlarında Azərbaycan mədəniyyətini uğurla tərənnüm etmişdir. “YUNESKO” xətti ilə keçirilən dövlət əhəmiyyətli bir çox silsilə tədbirlərdə (2005-ci ildə “YUNESKO”nun 60 illik yubileyi, 2009-cu ildə Xаlq rəssamı, Dövlət mükafatı laureatı S.Bəhlulzadənin 100 illik yubileyi, 2017-ci ildə İ.Nəsiminin edam edilməsinin 600 illiyi), 2018-ci ildə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsi üzrə və VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində və 2019-cu ildə İ.Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı Şəki şəhərində “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı konsert proqramlarında “Nəsimiyə ithaf” musiqili tamaşanın iştirakçısı olmuşdur. Heydər Əliyev Fondunun layihəsi üzrə “Azərbaycan Muğаmı” (“Humayun”, “Bayatı Şiraz”, “Bayatı kürd”-2009) və “Balaban” (SS production15 musiqi-2014) adlı kоmpakt disk toplularında və “Аvroviziyа mahnı müsabiqəsilə bağlı “Bizimkilər” layihəsində tələbələr ilə birgə (“Yeni Nəfəs” qrupu) fəal iştirak etmişdir. 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” fəxri adına layiq görülüb.Professor, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.