Project Description

Imanquliyeva Rəbiyə

Field of teaching age range available times
Fortepiano  ——- ——–

Mən, Imanquliyeva Rəbiyə Asim qızı, 1991-ci il 7 oktyabr tarixində Bakı şəhərində anadan olmuşam. 1998-ci ildə Xətai rayon 25 saylı tam orta təhsil məktəbinin 1-ci sinfinə getmişəm. Həmin ildə də Xətai rayon Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsinə daxil olmuşam. 2005- ci ildə UİM-ni fərqlənmə diplomu ilə bitirib musiqi təhsilini davam etdirmək üçün professor G.G.Şaroyev adına 35 saylı onbirillik Uşaq Musiqi Məktəbinin fortepiano və bəstəkarlıq şöbələrinə daxil oldum. 2009-cu ildə UMM-ni fərqlənmə diplomu ilə bitirib Üz.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinə daxil oldum (prof. Siala Sinamdzqvarişvilinin sinfinə). Eyni zamanda 3-cü kursdan bəstəkarlıq fənni üzrə də məşğul olmuşam (prof. Aydın Əzimovun sinfində). 2013-cü ildə BMA-nı fərqlənmə diplomu ilə bitirdim. 2014-cü ildə BMA-nın magistr pilləsinə daxil olub və 2016-cı ildə magistraturanı da fərqlənmə ilə bitirdim.

Müxtəlif tədbirlərdə konsert proqramları ilə uğurla çıxış edib və həmçinin şəhər,respublika və beynəlxalq müsabiqələrində diplomant və laureat adlarına layiq görülmüşəm.
2013-cü ildə Həmkarlar İttifaqı tərəfindən “Adlı təqaüd”ə və Moskva şəhərinin icra başçısının təqaüdünə layiq görülmüşəm.
2013-cü ildən 2016-cı ilədək Azərbaycan Milli Konservatoriyasında konsertmeyster vəzifəsində çalışmışam.
2014-cü ildən 2015-ci ilədək Bakı Musiqi Akademiyasında laborant vəzifəsində çalışmışam.
2016-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində konsertmeyster vəzifəsində çalışıram.
Ailəliyəm, 1 övladım var.
Nailiyyətlərim:
• 2006-cı il – Məktəb-Studiyanın 25 illik yubileyinə həsr olunmuş Uşaq Musiqi Festifalı – II yer üzrə laureat (fortepiano və bəstəkarlıq).
• 2007-ci il – Gənc Pianoçuların III Tiflis Beynəlxalq Müsabiqəsi (Gürcüstan)
– Vaja Azaraşvilinin əsərinin yaxşı ifasına görə Xüsusi Diplom.
• 2007-ci il – Q.Qarayev adına Gənc pianoçuların IV Bakı Musiqi Müsabiqəsi
– I yer üzrə laureat.
• 2007-ci il – F.Şubert adına VI Beynəlxalq Müsabiqə (Bolqarıstan) – Diplom.
• 2008-ci il – H.Əliyevin 85 illik yubileyinə həsr olunmuş I Respublika Müsabiqəsi – II yer üzrə laureat.
• 2008-ci il – II Ümümdünya Delfiya Oyunları (Rusiya) – T.Quliyevin “Qaytağı” əsərinin yaxşı ifasına görə Xüsusi Diplom.
• 2009-cu il – A.S.Puşkinin 210-illiyinə həsr olunmuş Ədəbi və Musiqi Müsabiqəsi – A.S.Puşkinin ölümünə həsr olunmuş bəstələdiyim əsərinə görə I yer üzrə laureat.
• 2010-cu il – “Rodniki Duşi” adlı VII Respublika Müsabiqəsi – I yer üzrə laureat.
• 2011-ci il – F.Listin 200 illiyinə həsr olunmuş Gənc Pianoçuların Festivalında uğurlu çıxışa görə Diplomla təltif edildim.
Əsərlərim:
▪ 9 Prelüd (fortepiano üçün)
▪ Variasiyalar (fortepiano üçün)
▪ “На смерть поэта” (A.S.Puşkinin ölümünə həsr olunmuş fortepiano üçün pyes)
▪ “Ötəri anlar” (fortepiano üçün)
▪ “Elegiya” (skripka ilə fortepiano üçün)
▪ Tar ilə fortepiano üçün 2 pyes
▪ “Aria” (violonçel ilə fortepiano üçün)
▪ Sonatina (fortepiano üçün)
▪ Hüseyn Cavidin sözlərinə mahnılar