Project Description
Leyla Əhmədxanova
Field of teaching | age range | available times |
---|---|---|
Fortepiano | ——- | ——– |
Əhmədxanova Leyla Fərrux qızı 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Qaradağ rayonu 166 №-li məktəb-liseyin 1-ci sinfinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2003-2010-cu illərdə C.Qaryağdıoğlu adına Uşaq Musiqi Məktəbində təhsil almışdır. 2010-2014-cü illərdə Bakı Musiqi Akademiyası nəzdində Musiqi Kollecinin fortepiano şöbəsində təhsil alıb. 2012-ci ildə Fikrət Əmirov adına Respublika müsabiqəsində III yerin laureatı olmuşdur. 2014-cü ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub, 2018-ci ildə oranı fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. “Sabah” qruplarının müdavimi olmuşdur. Hazırda Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbində, Ə.Bakıxanov adına Uşaq Musiqi Məktəbində və Aydın K.Əzim İncəsənət Mərkəzinin konsertmeyter kimi işləyir. Həmçinin, davamlı olaraq dövri mətbuatda yazıları ilə çıxış edir. “Каспiй”, “Mezzo”, “Ədalət”, “Kredo” qəzetlərində məqalə və hekayələri dərc olunmuşdur.
