Project Description

Narmin İsgəndərova

Field of teaching age range available times
piano ——- ——–

Narmin İsgəndərova-Musiqi ile erkən yaşlarından məşğul olmağa başlayır, piano dərslərini G.Şaroyev adına 35 sayılı 11 illik musiqi məktəbində alır. Məktəb tədbirlərində fəal iştirak edir, konsert və festivallarda nəailiyyətlər əldə edir. Solo ve orkestrle çıxışlar edərək öz ifaçılıq imkanlarını inkişaf etdirir. Məktəbi bitirdikdən sonra 2006-cı ilde Bakı Musiqi Akademiyasının bakalavr pilləsində pianoçu kimi təhsilini davam etdirmək qərarına gəlir.Təhsil aldığı illərdə konsertlərdə iştirakı ilə yanaşı artıq tv proqramlara da maraq göstərərək dövlət kanallarının birində yayımlanan “Pianoçu” proqramında 20 dəqiqəlik ifa nümayiş etdirir. 2010-cu ildə təhsilini başa vurduqdan sonra 35 saylı musiqi məktəbində konsertmeyter ifaçı kimi işə qəbul olur və müxtəlif tədbir və festivallarda respublika və onun hüdudlarında musiqi irsimizi təbliğ edir. 2010-cu ildə 2-ci respublika müsabiqəsinde feal konsertmeyter kimi “Fəxri fərmanla” təltif olunur. Eyni zamanda artıq 2010-cu ildən elə həmin məktəbdə müəllimlik fəaliyyetine başlayır. 2014-ci ilde Bakı Şəhər Mədeniyyət və Turizm İdarəsi tərəfindən keçirilən müəllimlərin sınaq imtahanında yüksək nəticə göstərərək sertifikat alır.Təhsilini davam etdirmək üçün 2015-2017-ci illərdə Azərbaycan Milli Konservatoriyasının “dirijorluq” kafedrasinda magistr pilləsində oxumağa başlayır.Təhsilini tamamladıqdan sonra elə orda da konsertmeyster vəzifəsində işləməyə başlayır. Aktiv fəaliyyətde olaraq tələbərlə iş sistemini öyrənərək bu sahədə bugüne kimi özunu inkişaf etdirir. 2017-ci ilin mart ayında Gürcüstanın Tibilisi şəhərində keşirilən “Qamarjoba Tibilisi” müsabiqəsində tələbəsinə 1- cilik qazandıraraq fəal konsertmeyter kimi diplomla təltif olunur. Müsabiqədən sonra Gürcüstanın xalq artisti Ckuaseli Cemalin rəhberliyi ilə dairəvi stolda iştirak edərək onun təcrübələrindən yararlanmış və sertifikat əldə etmişdir .Sentyabr ayında Üzeyir Hacibəyli adına festivalda iştirak etmişdir. 2017 ci ilin oktyabr ayında Rusiyanin Sank-Peterburq şəhərinde keçirilən “Salyut talantov” müsabiqəsinin 7-ci superfinalında tələbəsilə göstərdiyi nəticədə yenə 1-cilik əldə edərək Azərbaycan bayrağını səhnədə qaldırmışlar. 2018-ci ildə bu layihə “Azərbaycan Respublikası Gəncler fondu ” tərəfindən “ilin ən uğurlu layihəsi” seçilmiş və diplomla təltif olnmuşdur. Göstərdiyi nəticəyə görə minnətdarlıq məktubu almışdır. Hələ Sank-Peterburqda olduğu zaman Rusiyanın xalq artisti Litvinenko Annanin rəhbərliyi ilə keşirilən ustad dərsində iştirak edərək sertifikat almışdır. Rusiyanin əməkdar artisti Akulovich Viktor Ilichin başçılığı ile keçirilən dairəvi stolda onun təcrübələrindən yaralanaraq ” müsabiqədə neticə göstərmək üçün uşaqların psixoloji hazırlığında aparəcə müəllimlerin rolu ” mövzusunda müzakirələr aparmışlar.2017-ci ildə digər bir beynelxalq festival “Testene-art Baku” Bakıda keçirilirdi ve burda da yüksek nəticə göstərərək gran-pri əldə edən tələbəsi Italyaya dəvət qazanaraq Azerbaycanı yüksək səviyyədə təqdim etmişdir.Bütün bu müsabiqələrdən qayıtdıqdan sonra dövlet kanallarında çıxışlar və intervyuler olmuşdur. Eyni zamanda minnətdarlıq məktubu ilə təltif olunmuşdur. Elə həmin il məktəbdə müəllimlik fəaliyyətini de aktiv davam etdirərək şagirdlerinin iştirakı ilə “sinif konserti” təşkil edir. Həmin şagirdlərin içərisində hal-hazırda məktəbi artıq məzun kimi bitirmiş və tələbə kimi BMA da təhsil alanlar da var. Digər tərəfdən elmi işlərini də davam etdirərək Konservatorıyanı 4-sayli jurnalında “Səid Rüstəmovun xalq çalğı alətləri orkestrində fəaliyyətinə dair” mövzusunda elmi-məqaləsi nəşr olunur. 2018-ci ildə uzun iller Fransada Musiqi Akademıyasına direktorluq edən AzerbaycanIn Əməkdar incəsənət xadimi Adilia Aliyevanın usta dərsində şagirdi çıxış edərək sertifkat almışdır.Həmin il Bakıda keçirilən növbeti beynelxalq festival “Kaspiyskiy briz” də həm müəllim həm də konsertmester kimi minnətdarlıq mektubu alır. Daha sonra “Rodniki dushi” Respublika müsabiqəsində şagirdi diplomant olur. Digər tərəfdən 2018-cı ilin iyul ayinda BMT -nin “qadın hüquqlarının mühafizəsi ” mövzusundakı layihəsini həyata keçirtmək təklifini alır, beləliklə “Gənclər Fondu ” və AMK-nin birgə təşkilatçılığı ile dirijorluq bacarıqlarını nümayiş etdirərək qızlardan ibaret qrup toplayıb Azərbaycanın 4 regionunda flashmoblar keçirərək layihəni uğurla başa vurur. Həmin ildə AMK da keçirilən Qara Qarayev movzusunda konfransda ,Cəfər Cabbarıə adına Milli kitabxananın açılışında çıxıshları olub . Eyni zamanda Qara Qarayevin ev muzeyində şagirdi uğurlu çıxış edib. 2019-cu il fevral ayında şagirdləri “Ipekyolu” kamera orkestri ilə birgə uğurlu ifalar göstərmişlər. Ifa olunan əsərlərdən birini özu orkestrləşdirmisdir. Mart ayında isə Azərbaycan İdman Universitetində Dövlət Təhlükəsizlik Xidmətinin 100 illiyinə həsr olunmuş konsertdə iştirak etmişdir. Elə həmin ay 35 saylı musiqi məktəbində Azərbaycanın xalq artisti Ramiz Quliyev və əməkdar müellim Yusif Vəliyevlə birgə konsert proqramında çıxış etmişdir.Aprel ayında dövlət kanallarından birində “magtv” proqramında çıxış edərək müasir gəncin fəaliyyəti haqqında məlumat verir. May ayında şagirdi Bakıda keçirilən “artsolimpia” beynelxalq festivalında çıxış edərək ,digəri isə Türkiyədə keçirilən “Ca-art planet” və “Renesans”-art is long müsabiqəsində laureat adını qazanır. Eyni zamanda “Ca-art planet” müsabiqəsində juri kimi ilk dəfə olaraq çıxış edərək sertifikat əlde edir. Iyun ayında “Şəki Ipek Yolu ” 10-cu Beynelxalq Musiqi Festivalında iştirak etmişdir.