Aydın K.Əzim İncəsənət Mərkəzində Fortepiano, Bəstəkarlıq, Nəzəriyyə sinfinin müəlliməsi:

Sara Aliakbar qızı Amiran Dilruba (Sara A. Dilruba ) 1998-ci il Sentyabr ayının 27-də Musiqiçi ailəsində anadan olmuşdur. Azərbaycanlı Türkdür. 2004-ci ildə Bakıda yerləşən İran İslam Respublikasının, Valiasr adına Təmaülə daxil olmuş və 2015-ci iləcən oxumuş daha sonra İran İslam Respublikasının Tehran şəhərində Somayya adına təmaülü 2015-2016-cı ildə Fars və Ərəb dillər üzrə Eksperimnetal Elmlər ixtisası üzrə əla qiymətlərlə bitirmişdir. Saranın ilk Musiqi aləti isə Tütək olmuşdur. O uşaq ikən Atası ona tütək alətini almış və balaca Sara musiqi duyumu ilə ilk musiqilərini məhz Tütək alətində ifa etməyə çalışmışdır.

Tofiq Ismayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayında, Rəssamlıq üzrə də məşğul olmuşdur. O ilk musiqi təhsilini 5 yaşında ikən anasından Pianoçu (Sevda Kərimova)-dan dərs almış, daha sonra fortepiano ixtisası üzrə, 2009-cu ildə Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinə əla qiymətlərlə bir başa 2-ci sinifə daxil olmuş və 2014-ci ildə isə fortepiano ixtisası üzrə əla qiymətlərlə bitirmiş və elə həmin il 2014-ci ildə Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinə Bəstəkarlıq ixtisasına qəbul olmuş və 2016-cı ildə əla qiymətlərlə bitirmişdir. 2016-cı ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinə hazırlıq daha sonra bakalvır pilləsin daxil olur və Azərbaycan İncəsənət Xadimi, Professor və Bəstəkar Aydın Əzimovun sinfində oxumağa başlamışdır. Azərbaycdanda yerləşən əksər konsert salonlarında pianoçu və bəstəkar olaraq çıxışlar etmişdir.
Beynəlxalq müsabiqələr laureatı, 2015-ci ildən Azərbaycan Gənc İstedadlar İttifaqının üzvüdür. Hal hazırda əsərlər yazmaqda, Bəstəkar və Pianoçu kimi Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərməkdədir.