Saz Azərbaycan türklərinin ən sevimli çalğılarındandır. Tarixi miladdan öncəyə qədər gedib çıxan sazın əcdadı beş pərdəli qopuz olmuşdur. Bir çox klassik şairlərimiz sazı öz əsərlərində vəsf etmişlər: Q. Təbrizi, N. Gəncəvi, İ. Nəsimi, M. Füzuli, S. Ə. Şirvani və başqaları.